Nazir Cəlilabadda vətəndaşları qəbul edəcək

Nazir Cəlilabadda vətəndaşları qəbul edəcək
  29 Yanvar 2020    Oxunub:1911
Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov yanvarın 30-da Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qəbulda Cəlilabad, Masallı, Yardımlı rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 10:00-da Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 242, Heydər Əliyev parkının ərazisi) başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Cəlilabad (050 464-62-44, 070 526-10-00), Masallı (050 637-44-88, 055 237-44-88) və Yardımlı (050 682-71-23) rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Azvision.az



Teqlər: Azad-Rəhimov  





Xəbər lenti