Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək

 Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək
  29 Yanvar 2020    Oxunub:2525
Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında növbəti görüş keçiriləcək.
Azvision.az xəbər verir ki, nazirlərin görüşü İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, Rusiyadan olan həmsədr İqor Popov, ABŞ-dan olan həmsədr Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin də iştirak edəcəyi görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında sonuncu görüş 2019-cu ilin dekabrın 4-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavadakı 26-cı iclası çərçivəsində baş tutub.

Azvision.az



Teqlər: XİN   Cenevrə  





Xəbər lenti