Qarabağda güllələnən erməni əsgərin vəziyyəti ağırdır

Qarabağda güllələnən erməni əsgərin vəziyyəti ağırdır
  29 Yanvar 2020    Oxunub:2145
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində güllə yarası alan erməni əsgərin vəziyyəti ağır olaraq qalır.
Azvision.az erməni mərbuatına istinadən xəbər verir ki, Ermənistan ordusunun əsgəri, 2000-ci il təvəllüdlü Nver Avetisyan naməlum şəraitdə güllə yarası alıb.

Daha əvvəl onun özünü güllələdiyi barədə məlumat verilib. Hospitala yerləşdirilən əsgərin vəziyyəti ağırdır. Hadisə ilə bağlı araşdırma aparılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Əsgər  





Xəbər lenti