Xoşbəxt Yusifzadə adına təqaüd təsis edilib

  29 Yanvar 2020    Oxunub : 1332
Xoşbəxt Yusifzadə adına təqaüd təsis edilib
Bakı Ali Neft Məktəbi (BANM) akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib.
Universitetdən Azvision.az -a verilən məlumata görə, Azərbaycan neft sənayesinin canlı əfsanəsi, bu sahəyə böyük töhfələr vermiş SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin adına təsis edilən təqaüd Ali Məktəbdə keçirilən yubiley tədbirində ilk sahiblərinə təqdim olunub.

Təqaüdə BANM-in Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Nihad Abbasov (ali məktəbə qəbul imtahanı göstəricisi - 700 bal) və Nadir Namazov (ali məktəbə qəbul imtahanı göstəricisi - 695 bal) layiq görülüblər.

Onların hər ikisi eyni zamanda, Prezident təqaüdçüləridirlər. Təqaüd adıçəkilən tələbələrə tədris illəri ərzində əldə etdikləri yüksək nəticələrə və Ali Məktəbin sosial-ictimai fəaliyyətindəki fəallıqlarına görə təqdim olunub.

Azvision.az

Teqlər: BANM   Təqaüd