Əcnəbilər Azərbaycanda 1,2 milyard manatlıq əməliyyat aparıblar

  29 Yanvar 2020    Oxunub : 2347
 Əcnəbilər Azərbaycanda 1,2 milyard manatlıq əməliyyat aparıblar
Keçən ilin dekabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatları 2018-ci ilin eyni ayı ilə müqayisədə 11,8 faiz artaraq 93 milyon manat təşkil edib.
Azvision.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə xəbər verir ki, 2019-cu ildə isə Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri isə 1 milyard 257 milyon manat olub.

Ötən il Azərbaycana 193 ölkədən 3,2 milyon və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.



Azvision.az

Teqlər: Əcnəbi   Statistika