XİN rəhbərlərinin görüşü 7 saat davam edib - Yenilənib

  29 Yanvar 2020    Oxunub : 5484
XİN rəhbərlərinin görüşü 7 saat davam edib - Yenilənib
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə yanvarın 29-da Cenevrədə keçirilən görüşü yeddi saat davam edib.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Azvision.az-a verilən məlumata görə, ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsi və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər.

Yanvarın 30-da danışıqların növbəti raundu keçiriləcək.

***
(14:05)

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında növbəti görüş başlayıb.

Azvision.az xəbər verir ki, görüş İsveçrənin Cenevrə şəhərində təşkil olunub.

Nazirlərin görüşü ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin iştirakı ilə keçirilir.

XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanmasını müzakirə edirlər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ATƏT   XİN   Qarabağ