Bu şəxslərə yeni təsis edilmiş Prezidentin aylıq təqaüdü verilib
29 Yanvar 2020
Oxunub:6013
2019-cu ildə yeni təqaüd növləri təsis edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Azvision.az -a verilən məlumata görə, Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sırasına müharibə veteranları, sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər də daxil edilib.
Həmçinin Prezidentin aylıq təqaüdünün I dərəcə əlilliyə görə müavinət alan şəxslərlə bərabər, I dərəcə əlilliyə görə pensiya alan şəxslərə də ödənilməsinə başlanılıb.