Sumqayıtda top mərmisi tapılıb
Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan ərazidə Bakı-Sumqayıt avtomobil yolunun kənarına baxış keçirilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd boş vəziyyətdə 100 mm-lik top mərmisi (OF-412) aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 600 kv.m əraziyə yerüstü, 30 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Azvision.az