Koronavirusla bağlı Qazaxıstan səfirliyində telefon xətti açılıb

  29 Yanvar 2020    Oxunub : 1023
Koronavirusla bağlı Qazaxıstan səfirliyində telefon xətti açılıb
Qazaxıstanın Bakıdakı səfirliyində səfirliyində bu ölkənin Azərbaycan ərazisində olan vətəndaşları üçün koronavirusun yayılma təhlükəsi səbəbindən fasiləsiz işləyən xüsusi telefon xətti açılıb.
Bu barədə Azvision.az -a Qazaxıstanın səfirliyindən məlumat verilib.

Azərbaycan ərazisində olan Qazaxıstan vətəndaşları bununla bağlı səfirliyin açdığı +7 771 725 5555 telefonla əlaqə saxlaya bilərlər.

Məlumatda deyilir ki, “Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin nəzdində 1406 və +7 717 2 76 80 43 nömrəli çağrı mərkəzləri yaradılıb və burada Qazaxıstan Respublikası vətəndaşları koronavirusun dünyada yayılması ilə bağlı maraq doğuran bütün məlumatları, həmçinin profilaktik tədbirləri və xəstəliyin əsas əlamətləri barədə məlumat öyrənə bilirlər.

Qazaxıstan Xarici İşlər Nazirliyində də qaynar xətt mövcuddur: iş vaxtı zamanı Qazaxıstan vətəndaşları aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: +7 (7172) 72-05-73, +7 (7172) 72-01-98, +7 (7172) 720493. Qeyri-iş vaxtə və istirahət günlərində bu nömrəyə zəng etmək mümkündür- +7 (7172) 72-01-11.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qazaxıstan