Azay Quliyevin kütləvi görüşləri uğurla davam edir - FOTOLAR

Azay Quliyevin kütləvi görüşləri uğurla davam edir -    FOTOLAR
  30 Yanvar 2020    Oxunub:2666
8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün 7-ci mikrorayonda bir sıra ünvanlarda seçicilərilə növbəti görüşünü keçirib.
Öncə Abay Kunanbayev 3-də seçicilərin müraciəti əsasında abadlaşdırılan məhəllənin sakinləri və ziyalıları ilə görülən işlər barədə danışılıb. Azay Quliyev ötən 4 il ərzində seçiciləri ilə müntəzəm şəkildə görüşdüyünü və onların hər bir müraciətini diqqətdə saxladığını bildirib.

Azay Quliyev deputat-seçici kommunikasiyasını daha da inkişaf etdirərək 2020-ci ildə ilk dəfə olaraq Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin istifadə etdiyi elektron kabinet (e-kabinet) yaratdığını deyib. O, bildirib ki, e-kabinet seçici müraciətlərinin daha operativ və səmərəli həllinə xidmət edir.

Görüşdən sonra Azay Quliyev Abay Kunanbayev küçəsi 3, 3A, 5A, 5B , 5V, 5/13, 7A, 7B və 10 ünvanlarında yerləşən binaların həyətlərini gəzərək sakinlərlə söhbət edib. A.Quliyev seçiciləri narahat edən problemlərin həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.















Azvision.az


Teqlər: Azay-Quliyev   Seçki  





Xəbər lenti