“Facebook” istifadəçilərinin sayı 2,5 milyarda çatıb

“Facebook” istifadəçilərinin sayı 2,5 milyarda çatıb
  30 Yanvar 2020    Oxunub:2508
"Facebook" sosial şəbəkəsindən mütəmadi olaraq istifadə edənlərin sayı 2,5 milyarda çatıb.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin korporativ hesabatında bildirilib.

Qeyd olunub ki, sosial şəbəkəyə daxil olanların sayı bir il ərzində 8% artıb. Ötən ilin dekabr ayında 1,66 milyard insan gündə azı bir dəfə "Facebook"dan istifadə edib.

Bundan əlavə, keçən il "Facebook"un gəlirləri 2018-ci illə müqayisədə 27% artaraq 70,697 milyard dollar olub. Reklam gəlirləri isə 27% artaraq 55.013 milyard dollardan 69.655 milyard dollara yüksəlib.

Azvision.az


Teqlər: Facebook  





Xəbər lenti