Bu gün Xətaidə su olmayacaq

  30 Yanvar 2020    Oxunub : 1371
Bu gün Xətaidə su olmayacaq
Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-dən Azvision.az -a verilən məlumata görə, Bakı şəhəri Xətai rayonu Məzahir Rüstəmov küçəsində yeni çəkilmiş su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 30 yanvar 2020-ci il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Azvision.az

Teqlər: Azərsu