Naxçıvan əhalisinin sayı 3500 nəfər artıb

  30 Yanvar 2020    Oxunub : 1474
Naxçıvan əhalisinin sayı 3500 nəfər artıb
Muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 3,5 min nəfər artaraq 1 dekabr 2019-cu il tarixə 459,3 min nəfər olub.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, əhali artımının təmin olunmasında yeni doğulanlar və müsbət miqrasiya ilə yanaşı, insanların uzunömürlü yaşaması da mühüm rol oynayır. Belə ki, 2019-cu ilin ötən dövründə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı muxtar respublikada 4,5 nəfər təşkil edib, bu da digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı göstəricidir.

Azvision.az

Teqlər: Naxçıvan   Əhali