Bu ay 36 nəfər dəm qazından zəhərlənib - VİDEO

Bu ay 36 nəfər dəm qazından zəhərlənib -  VİDEO
  30 Yanvar 2020    Oxunub:2395
Yanvar ayının əvvəlindən 29-dək şöbəyə narahatlıq keçirən 100-dən çox insan müraciət edib. Onlardan yalnız 36 nəfərdə dəm qazı zəhərlənməsi diaqnozu təsdiqini tapıb.
Azvision.az xəbər verir ki, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin çəkiliş qrupuna müsahibəsində bildirib. Onun sözlərinə görə, həmin şəxslər müalicə tədbirləri görüldükdən sonra evə buraxılıblar.

"Bir çox hallarda ürək, şəkərli diabet və ağciyər xəstəliklərindən əziyyət çəkən insanlar da hamam otağında narahatlıq keçirərkən dəm qazından zəhərləndiklərini zənn ediblər".

A.Maqsudov qeyd edib ki, Toksikologiya şöbəsinə 10-12 xəstə daxil olduğu günlərin statistikası bəzi hallarda dəqiqləşdirilmədən şişirdilir.



Azvision.az


Teqlər: Qaz   Zəhərlənmə  





Xəbər lenti