Müsavat AKM qadın alveri ilə məşğul imiş - Sensasion ittiham

 Müsavat AKM qadın alveri ilə məşğul imiş -  Sensasion ittiham
  30 Yanvar 2020    Oxunub:5112
"Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) cinayәt işindәki әn iyrәnc mәqam fahişә alveridir".
Azvision.az xəbər verir ki, bunu Avropada yaşayan jurnalist Yafəz Əkrəmoğlu özünün "Facebook" profilində yazıb. Onun sözlərinə görə, AKM Şərqi Avropa ölkələrindəki kasıb ailələrdən gözəl qızları ucuz qiymətə alıb, onları Almaniya və başqa Avropa ölkələrindəki fahişəxanalara baha satırmış:

"Bu da daxil AKM-dəki cinayət tərkibli bütün əməllər bir yerdən idarə olunub. İstər miqrant, istər fahişə alverləri, eləcə də digər cinayətlərdən qazanılan pullar ortaq şəkildə bölünüb. Seçki prosesi olmasaydı, hər şeyi detallı yazacaqdım. Kimə nə qədər çatır. İndi yazsam, deyəcəklər ki, deputat olacaqdıq, Yafəz gündəmi dəyişdi, imkan vermədi".

Y.əkrəmoğlu vurğulayıb ki, səsləndirdiyi fikirlər ittiham deyil, real faktlardır: "Bütün bunlar istintaq materiallarında qeyd olunub. Qızlardan bir neçəsi ifadə verib, artıq etiraf edib. Məhkəmə prosesində çox mətləblər geniş ictimayyət üçün bəlli olacaq. Fakt rəsmi şəkildə üzə çıxacaq".

Qeyd edək ki, 2019-cu ilin noyabrında Almaniya hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Müsavat AKM-in 7 üzvü həbs edilib. Onlar Almaniyada miqrant alveri ilə məşğul olmaqda ittiham olunurlar və barələrində 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



Elvin Abdulqədirov
Azvision.az




Teqlər: Müsavat   AKM   Miqrant   insan-alveri  





Xəbər lenti