Naxçıvanda sahibkarlara 29 milyon manat kredit verilib

Naxçıvanda sahibkarlara 29 milyon manat kredit verilib
  30 Yanvar 2020    Oxunub:2540
2019-cu ildə muxtar respublikada sahibkarlara 29 milyon 16 min 300 manat kredit verilib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, verilmiş kreditin 12 milyon 131 min 600 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 16 milyon 884 min 700 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub.

Azvision.az


Teqlər: Naxçıvan   Sahibkar   Kredit  





Xəbər lenti