"Azərbaycan zəlzələ ilə bağlı Türkiyəyə lazımi yardımları edib" - Səfir

"Azərbaycan zəlzələ ilə bağlı Türkiyəyə lazımi yardımları edib" -    Səfir
  30 Yanvar 2020    Oxunub:3630
“Zəlzələnin ilk anından etibarən Azərbaycanın rəsmi dövlət qurumları, həm Xarici İşlər, həm də Fövqəladə Hallar nazirlikləri Türkiyəyə yardım üçün hər zaman hazır olduqlarını bildirdilər".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfir bildirib ki, Azərbaycan tərəfi zəlzələ ilə bağlı Türkiyəyə lazımi yardım göstərib:

"Zəlzələ baş verən andan Azərbaycan tərəfi müvafiq addımlar atıb. Azərbaycan bizim yanımızda oldu. Həm hər iki ölkənin səfirlikləri, həm də müvafiq qurumları vasitəsilə əlaqələr saxlanıldı. Türkiyə tərəfi nə istədisə, Azərbaycan tərəfi onu da verdi. Yəni, Azərbaycan Türkiyədəki zəlzələ ilə bağlı lazım olan yardımları edib".

Azvision.az


Teqlər: Türkiyə   Səfir  





Xəbər lenti