Saatlılda polislər qəzaya düşdü - Yaralılar var

   Saatlılda polislər qəzaya düşdü -    Yaralılar var
  30 Yanvar 2020    Oxunub:3433
Yanvarın 29-da saat 23 radələrində Saatlı şəhəri M.F.Axundov küçəsində Bakı şəhər sakini Cavid Bağırov idarə etdiyi “Jeep-Wrangler” markalı avtomobili qarşıda gedən Saatlı Rayon Polis Şöbəsinə məxsus xidməti “Fiat-Doblo” markalı avtomobilə arxadan vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə xidməti avtomobildə olan 4 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə DİN-in A.Heydərov adına hospitalına yerləşdiriliblər.

Araşdırmalar zamanı “Jeep-Wrangler”in sürücüsünün sərxoş halda olması müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti