Azərbaycanın 7 vətəndaşı Çindən Türkiyəyə təxliyə edilir - VİDEO

Azərbaycanın 7 vətəndaşı Çindən Türkiyəyə təxliyə edilir -  VİDEO
  30 Yanvar 2020    Oxunub:6691
Azərbaycanın 7 vətəndaşı koronavirus təhlükəsi ilə əlaqədar Çindən Türkiyəyə təxliyə edilir.
Azvision.az xəbər verir ki, bu barədə "Anadolu" informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, virusun geniş yayıldığı Uhan şəhərində köməksiz qalan 34 Türkiyə, 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşının təxliyə olunması üçün bu dəqiqələrdə Çinə xüsusi təyyarə göndərilir.



Xəbər yenilənir...

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Təxliyyə  





Xəbər lenti