Tibb müəssisələrindən silsilə oğurluq edilib

Tibb müəssisələrindən silsilə oğurluq edilib
  30 Yanvar 2020    Oxunub:2323
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində yerləşən gözəllik salonları və tibb müəssisələrindən silsilə oğurluqlar edən iki nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakinləri Rəhman Dadaşzadə və Ayxan Həsənov tutularaq Polis Bölməsinə gətiriliblər.

Araşdırma zamanı onların Binəqədi rayonundan başqa paytaxtın digər ərazilərində də çoxsaylı oğurluq etdikləri məlum olub. Qeyd edək ki, bu şəxslər yetkinlik yaşına çatmadıqlarından onların üzünü sizə təqdim edə bilmirik.

Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Binəqədi   Oğurluq  





Xəbər lenti