“ButaAirways”in veb-saytının bəzi funksiyaları işləməyəcək

“ButaAirways”in veb-saytının bəzi funksiyaları işləməyəcək
  30 Yanvar 2020    Oxunub:1761
“Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi – “Buta Airways” Aviaşirkətin resurslarının sənayenin innovativ flaqmanı “Amadeus” platformasına köçürülməsi ilə əlaqədar rəsmi www.butaairways.az veb-saytımızın bəzi funksiyaları fevralın 5-dən (20:00, GMT+4) etibarən müvəqqəti olaraq işləməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə “ButaAirways” məlumt yayıb.

"Sayt və mobil əlavəmizdə işlər görüldüyü müddət ərzində aviabiletlərin alınması, onlayn qeydiyyat və bronun idarə olunması səhifəsi işləməyəcək. Texniki işlərin 48 saat ərzində başa çatdırılması planlaşdırılır, lakin qeydiyyat xidmətinin bərpası və bronun idarə edilməsində daha uzun gecikmələrin baş verməsi mümkündür. Onlayn qeydiyyatın aktiv olmadığı müddət ərzində bütün reyslərə hava limanlarında qeydiyyat ödənişsizdir", - deyə qeyd olunub.

Əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə [email protected] elektron poçt ünvanı, saytda əks əlaqə forması və yaxud WhatsApp: +994 70 437 40 86 vasitəsilə müraciət edilə bilər.

Azvision.az


Teqlər: Buta  





Xəbər lenti