Çindən 4 tələbə Azərbaycana gətirilib
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, həmin tələbələr qapalı tibb müəssisəsinə aparılıb. Tələbələrin digər insanlarla ünsiyyətdə olmaması üçün Dövlət Sərhəd Xidməti (DSX) və Gömrük Komitəsinin xüsusi ayırdığı keçiddən keçiblər:
Nazirliyin məlumatında qeyd edilib ki, tələbələrin yerləşdirildiyi tibb müəssisəsində onlar üçün hər cür şərait yaradılıb. “Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun inkubasiya müddətini 14 gün təyin edib. Koronavirus 14 gün ərzində özünü biruzə verə bilər. Əgər 14 gün ərzində tələbələrin səhhətində hər hansı dəyişiklik olmasa, evlərinə yola salınacaqlar”.
Aytən Zəhra
Azvision.az