Məzahir Pənahovdan sosial şəbəkələrlə bağlı tapşırıq

Məzahir Pənahovdan sosial şəbəkələrlə bağlı tapşırıq
  30 Yanvar 2020    Oxunub:2856
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın nəzdində fəaliyyət göstərən mətbuat qrupuna sosial şəbəkədə yayılan məlumatları nəzarətdə saxlamaq barədə tapşırıq verib.

Azvision.az xəbər verir ki, MSK sədrinin sözlərinə görə, ümumilikdə sosial şəbəkələrdə seçkilərlə bağlı ciddi narahatçılıq yoxdur.
“Əgər sosial şəbəkələrdə hansısa material varsa ki, seçkilərə kölgə salmağa imkan verir, onda mətbuat qrupu məsələni araşdırmalıdır. Sosial şəbəkələrdə maraqlı tərəflər var, ona görə də bu və ya digər xoşagəlməz hallar araşdırılmalı və qanunvericiliyin tələbinə uyğun cavab verilməlidir”, - deyə M.Pənahov vurğulayıb.

M.Pənahov qeyd edib ki, MSK seçki prosesində çatışmazlıqların olmamasında maraqlıdır. MSK sədrinin fikrincə, rəhbərlik etdiyi qurum seçkilər zamanı sosial şəbəkələrə diqqət yetirəcək: “Necə ki, bələdiyyə seçkilərində bunu etdik. Parlament seçkilərində sosial şəbəkələrə ondan da çox diqqət yetirəcəyik".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: MSK   Seçki   Parlament   Deputat  





Xəbər lenti