Qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlandı

Qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlandı
  30 Yanvar 2020    Oxunub:2026
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş parlament seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda məlumat verib.

MSK sədri qeyd edib ki, indiyədək 61 min 813 yerli müşahidəçi qeydiyyata alınıb. Eyni zamanda, Milli Məclisə seçkilərlə əlaqədar 694 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament   Deputat   Müşahidəçi  





Xəbər lenti