Su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizlənib

  30 Yanvar 2020    Oxunub : 1066
Su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizlənib
Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Mingəçevir və Varvara su anbarları, Qarabağ və Şirvan suvarma kanalları ətrafında keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya İdarəsinin, Mingəçevir Su polisinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı həmin ərazilər qadağan olunmuş ov alətlərindən və sintetik torlardan təmizlənib.

8 saylı Regional Ekologiya İdarəsinin rəisi Fazil Şükürov bildirib ki, qadağan olunmuş alətlərlə balıq ovlanması təbiətimizə qarşı düşmənçilikdir, balıq ehtiyatlarının kökünün kəsilməsi deməkdir.

“Belə vandal vasitələrlə balıq ovlanmasının qarşısının alınması bu gün üçün vacib və aktualdır. İctimaiyyət nümayəndələrindən xahiş edirik ki, qadağan olunmuş ov vasitələri, sintetik torlar, elektrik cərəyanları ilə balıq ovlayanların kimliyi barədə hüquq-mühafizə orqanlarına və bizə məlumat versinlər”, - deyə F.Şükürov qeyd edib.



Azvision.az

Teqlər: ETSN