6 min sərnişin olan gəmidə koronavirus təhlükəsi - FOTO

 6 min sərnişin olan gəmidə koronavirus təhlükəsi -    FOTO
  31 Yanvar 2020    Oxunub:3305
İtaliyada turistlərin olduğu sərnişin gəmisi koronavirus təhlükəsi ilə əlaqədar saxlanılıb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, gəmidə iki çinli turistdə yüksək hərarət və nəfəs yolunda problemlər müşahidə edilib. Cütlük koronavirusa yoluxma şübhəsi ilə nəzarət altına alınıb.

Ümumilikdə gəmidə 6 min nəfərin olduğu bildirilir. Onların arasında çinli turistlər çoxluq təşkil edir. Sərnişinlərdən 27-si Türkiyə vətəndaşıdır. Təhlükəsizliklə əlaqədar gəmidəki sərnişinlərin sahilə buraxılmasına icazə verilməyib.





Azvision.az



Teqlər: İtaliya   Gəmi  





Xəbər lenti