Çindən Azərbaycana gətirilən tələbələrin vəziyyəti necədir?

  Çindən Azərbaycana gətirilən tələbələrin vəziyyəti necədir?
  31 Yanvar 2020    Oxunub:4061
Çindən Azərbaycana gətirilən 4 tələbənin vəziyyəti yaxşıdır.

Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin tələbələr Azərbaycana gətirilərkən sağlam olublar, onlarda hər hansı xəstəlik aşkar edilməyib.
“Xəstəliyin inkubasiya müddəti 14 gün olduğu üçün tələbələr nəzarətdə saxlanılır. Əgər 14 gün ərzində tələbələrin səhhətində hər hansı dəyişiklik olmasa, evə buraxılacaqlar”.

Həmçinin qeyd edilib ki, Çində qalan digər Azərbaycan vətəndaşları hələlik ölkəyə gətirilməyib: “Əgər Çindən kimlərsə gələcəksə, onların hər biri nəzarət altında saxlanılacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Səhiyyə-Nazirliyi   Tələbə  





Xəbər lenti