Azərbaycanda 100 qanunsuz miqrant saxlanılıb

 Azərbaycanda 100 qanunsuz miqrant saxlanılıb
  31 Yanvar 2020    Oxunub:3022
Son həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 100 əcnəbi saxlanılıb.
DMX-dan Azvision.az -a verilən məlumata görə, saxlanılanlardan 10-nun qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi, 1-nin qeydiyyat ünvanı üzrə ya­şa­madığı, digər 89 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.

Miqrasiya qanunvericiliyini pozan 81 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Azvision.az


Teqlər: DMX   Əcnəbi  





Xəbər lenti