“Banklara göstəriş verə bilmərik ki, faizi aşağı salsınlar” - Elman Rüstəmov

  31 Yanvar 2020    Oxunub : 1842
“Banklara göstəriş verə bilmərik ki, faizi aşağı salsınlar” - Elman Rüstəmov
Real sektora biznes kreditlərinin verilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar yaxın günlərdə İqtisadiyyat Nazirliyi ilə birlikdə geniş müzakirə aparılacaq.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, hüquqi şəxslərə və biznesə verilən kreditlərdə faiz dərəcələrinin aşağı düşməsi dinamikası müşahidə edilir.

"Düşünürük ki, müəyyən tənzimlənmə çərçivəsində biznes kreditləşməsini stimullaşdırmaq lazımdır. Banklar kommersiya subyektlərdir və biz onlara göstəriş verə bilmərik ki, faiz dərəcələrini aşağı salsınlar. Müəyyən stimullar yaratmalıyıq".

Baş bankir istehlak kreditlərinin artmasına da münasibət bildirib: "Biz bundan narahatıq. Tənzimlənə çərçivəsində bir sıra dəyişikliklər edəcəyik ki, müəyyən dərəcədə kreditləşməni məhdudlaşdıraq".

Aytən Zəhra
Azvision.az

Teqlər: Elman-Rüstəmov