Nazirlik: Ölkədə toz-dumanı müşahidə olunur

    Nazirlik:    Ölkədə toz-dumanı müşahidə olunur
  31 Yanvar 2020    Oxunub:3154
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən, yanvarın 31-i gecə saatlarından başlayaraq ölkə ərazisində havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, hazırda tozun miqdarı sanitar normadan 2.4 dəfə çoxdur. Buna səbəb son iki gün əzində ölkə ərazisinə cənub-qərb hava axınları vasitəsilə İran, İraq ərazisindən və Ərəbistan yarmadasından toz-dumanının daxil olmasıdır.

Tozlu hava şəraitinin gün ərzində müşahidə olunacağı ehtimal olunur. Axşam saatlarından başlayaraq cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunması nəticəsində tozun miqdarı azalaraq norma həddinə düşəcək.

Azvision.az



Teqlər: Hava   ETSN  





Xəbər lenti