Elman Rüstəmovdan koronavirus açıqlaması

  31 Yanvar 2020    Oxunub : 1817
Elman Rüstəmovdan koronavirus açıqlaması
Koronavirusla bağlı Mərkəzi Banka və bank sektoruna hər hansı tapşırıq verilməyib. Əgər tapşırıq olsa, biz də prosesə qoşulacağıq.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

"Bu gün Mərkəzi Bank və maliyyə bank sektorunun bundan irəli gələn problemi bizə məlum deyil. Virusun qlobal ticarətə, iqtisadiyyatın dinamikasına necə təsir göstərə biləcəyini qlobal institutlar qiymətləndirir, dünya iqtisadiyyatı üçün risklər müəyyənləşdirilir. Bizim qiymətləndirməmiz bundan asılı ola bilər", - deyə Baş bankir vurğulayıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Elman-Rüstəmov   Bank-Bank