Rusiyada partlayış olub - Ölən və yaralılar var

  31 Yanvar 2020    Oxunub : 1897
Rusiyada partlayış olub - Ölən və yaralılar var
Rusiyanın Orlov vilayətində rezin məhsulları istehsal edən zavodda partlayış baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış vilayətin Mçensk şəhərində qeydə alınıb. Hadisə zamanı zavodun tavanı qismən çöküb. Üç yaralıya ilkin yardım göstərilib.

Partlayışın baş vermə səbəbi araşdırılır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Zavod   Partlayış