Bu yolda hərəkət məhdudlaşdırılacaq

  31 Yanvar 2020    Oxunub : 1291
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Bakı Xətai rayonunun İnqilab İsmayılov küçəsinin təmiri ilə əlaqədar olaraq, bu gündən fevral ayının 1-nə keçən gecədən etibarən sözügedən küçədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Azərbaycan Avromobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, agentlik baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyib və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyyə edib.

Azvision.az

Teqlər: AAYDA