Məzahir Pənahov namizədləri ədalətli olmağa çağırdı

Məzahir Pənahov namizədləri ədalətli olmağa çağırdı
  31 Yanvar 2020    Oxunub:3192
Bir namizədin hansısa formada digər namizədə qarşı kampaniya aparması yolverilməzdir.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

MSK sədri öz qələbələrini başqa namizədlərin məğlubiyyəti üzərində quran bəzi namizədləri ədalətli olmağa çağırıb: “Biz bütün namizədlər üçün bərabər şərait yaratmışıq. Lakin bu vəziyyətdən düzgün istifadə etmək lazımdır. Namizədlərin hansısa yolla bir-birinə qarşı kampaniya aparması qanunvericiliyə ziddir və biz buna imkan verə bilmərik. Namizdlər öz qələbələrini digər namizədlərin məğlubiyyəti üzərində qurmamalıdır”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament   Deputat  





Xəbər lenti