Baş prokuror Qobustanda vətəndaşları qəbul edib

Baş prokuror Qobustanda vətəndaşları qəbul edib
  31 Yanvar 2020    Oxunub:2495
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılmaqla vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov yanvarın 31-də Qobustan Rayon Prokurorluğunun inzibati binasında Qobustan və Xızı rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror Zakir Qaralov və Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov xalqımızın ümummilli lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Zakir Qaralov bölgədə yaşayan 7 vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Azvision.az


Teqlər: Zakir-Qaralov   Baş-Prokuror  





Xəbər lenti