Xəzər Dəniz Gəmiçiliyi koronovirusa qarşı tədbirlər görür

Xəzər Dəniz Gəmiçiliyi koronovirusa qarşı tədbirlər görür
  31 Yanvar 2020    Oxunub:2684
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Çində yayılmış koronavirusla əlaqədar zəruri profilaktik tədbirlər həyata keçirir.
ASCO-dan Azvision.az -a bildirilib ki, QSC-nin keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamenti radioqramma vasitəsilə koronavirusun sinptomları, virusdan qorunma yolları barədə dənizçiləri məlumatlandırıb. Maarifləndirmə məqsədilə əməkdaşların elektron ünvanlarına virusla bağlı xüsusi hazırlanmış “Təhlükəsizlik bülleteni” də göndərilib.

Profilaktik tədbirlər çərçivəsində Qazaxıstan və Türkmənistan istiqamətində üzən bərə gəmilərinin heyət üzvlərinin əlcək, respirator, eynək, kombinezon kimi qoruyucu vasitələrlə təmin olunması barədə tapşırıq verilib.

Bütün bunlarla yanaşı, gəmilərdə sanitar-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsinə nəzarət olunur.

Azvision.az



Teqlər: ASCO  





Xəbər lenti