Müdafiə naziri Dalğıc Təlim Poliqonunun açılışında - FOTOLAR+VİDEO

   Müdafiə naziri Dalğıc Təlim Poliqonunun açılışında - FOTOLAR+VİDEO
  01 Fevral 2020    Oxunub:3617
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HDQ-nin hərbi hissələrindən birində yeni inşa edilən infrastruktur obyektlərinin açılışında iştirak edib. Müdafiə naziri hərbi hissənin ərazisindəki bina, qurğu və avadanlıqlara baxış keçirib.



Sonra Müdafiə naziri yenidən bərpa olunmuş müasir standartlara cavab verən Dalğıc Təlim Poliqonunda olub. Məruzə olunub ki, poliqon xüsusi təyinatlıların dalğıc hazırlığı üzrə normativləri və sualtı döyüşün aparılması vərdişlərini məşq etdirmələri üçün nəzərdə tutulub.



İnfrastruktura baxış keçirən Müdafiə naziri ərazidə yenidən qurulan hovuz, gəmi və qayıq avadanlıqları kompleksi, barokamera otağı, dalğıc cihazlarına texniki qulluq emalatxanası, suyadalma üçün universal qüllə və müxtəlif məqsədli sinif otaqlarında yaradılmış şəraitlə də tanış olub.



Ərazidə yeni inşa edilən müxtəlif məqsədli çoxsaylı maneələrdən ibarət maneə zolağı hərbi qulluqçuların döyüş və fiziki hazırlığı, eləcə də peşə bacarıqlarının artırılması üçün nəzərdə tutulub.



Xüsusi təyinatlıların nümunəvi çıxışlarını izləyən Müdafiə naziri tapşırıqların daha keyfiyyətli icra edilməsi ilə bağlı komandanlığa müvafiq göstərişlər verib.















Azvision.az


Teqlər: Müdafiə-Naziri   Poliqon  





Xəbər lenti