Seçicilərin əleyhinə kağızlar yapışdıran şəxs cəzalandırılıb - FOTO

Seçicilərin əleyhinə kağızlar yapışdıran şəxs cəzalandırılıb -  FOTO
  01 Fevral 2020    Oxunub:3246
Özünü Həqiqət Sosialist Hərəkatın üzvü kimi təqdim edən Ənvər Cəlilov Xətai rayonu ərazisində qanunverciliyin tələblərini pozduğuna görə saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 30-da rayon ərazisində yerləşən məktəblərin birinin qarşısında seçki lövhəsinə seçicilərin əleyhinə olan reklam kağızları yapışdırmaqla ictimai qaydanı pozması müəyyən olunub.

Vətəndaş müvafiq olaraq, ərazi üzrə polis bölməsinə gətirilməklə əməlinin hüquqa zidd olması ona izah olunmaqla, barəsində İnzibati Xətallar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.

Onun əməllərində inzibati xətann tərkib elementləri olduğundan qanunverciliyə uyğun olaraq müvafiq tədbir görülməklə sərbəst buraxılıb.



Azvision.az



Teqlər: BŞBPİ  





Xəbər lenti