"Namizəd görüş üçün DSK-ya müraciət etməyə borclu deyil" - MSK sədri

 "Namizəd görüş üçün DSK-ya müraciət etməyə borclu deyil" -  MSK sədri
  01 Fevral 2020    Oxunub:3499
Mərkəzi Seçki Komissiyası (MSK) deputatlığa namizədlərin seçicilərlə görüşlərinin üst-üstə düşməməsini tənzimləmək üçün dairə deçki komissiyalarına tapşırıq verib.
Azvision.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

M.Pənahov bildirib ki, MSK bununla bağlı dairələr üzərində ciddi məsuliyyət qoyub:

"Biz dairələrin üzərində ciddi məsuliyyət qoymuşuq ki, namizədlərin görüşlərinin üst-üstə düşməməsi üçün əllərindən gələni etsinlər. Heç bir dairənin elə bir hüququ yoxdur ki, namizədə görüş keçirilməsi üçün icazə versin. Heç bir namizəd də görüş keçirən zaman dairəyə müraciət etməyə borclu deyil".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Parlament   Seçki  





Xəbər lenti