İlham Əliyev Çin liderinə başsağlığı verib

 İlham Əliyev Çin liderinə başsağlığı verib
  01 Fevral 2020    Oxunub:2759
Azərbaycan Prezidenti İlham Əliyev Çin Prezidenti Si Cinpinə başsağlığı məktubu göndərib.
Azvision.az xəbər verir ki, dövlətimizin başçısı Çində yeni növ koronavirusun baş qaldırması nəticəsində vəfat edənlərlə bağlı xəbərlərin onu olduqca kədərləndirdiyini bildirib.

“Epidemiyanın yayılmaması və insan tələfatının qarşısının alınması istiqamətində Çin hökumətinin atdığı addımları, Çin xalqının nümayiş etdirdiyi əzmi yüksək qiymətləndirirəm. İnanıram ki, Sizin rəhbərliyiniz altında Çin Xalq Respublikası bu bəlanın öhdəsindən layiqincə gələcək.

Əmin ola bilərsiniz ki, bu müvəqqəti çətin günlərdə də Azərbaycan xalqı dost Çin xalqı ilə həmrəydir və biz hər cür yardım göstərməyə hazırıq”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Dövlətimizin başçısı xəstəliyə düçar olaraq vəfat edənlərin ailələrinə şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, virusa yoluxanların tezliklə sağalmasını arzulayıb.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti