Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
  01 Fevral 2020    Oxunub:2427
Fevralın 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK-nın Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə komissiyanın 2020-ci il yanvarın 23-də keçirilmiş iclasının protokolu təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı Müasir Müsavat Partiyasının müraciətinə baxılıb və sözügedən partiyanın müraciəti təmin olunaraq səlahiyyətli nümayəndənin qeydiyyatı ləğv olunub, ona verilən lövhəcik etibarsız hesab edilib.

Daha sonra qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat qaydalarının pozulması iddiası ilə MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Maraqlı subyektlərin də iştirakı ilə komissiya üzvləri tərəfindən aparılan geniş müzakirələr nəticəsində müraciətlər təmin edilib və seçkiqabağı təşviqatın aparılmasına dair qanunvericiliyin tələblərini pozan seçki subyektlərinə xəbərdarlıq olunub.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda, həmçinin cari məsələlərə baxılıb.

Azvision.az


Teqlər: MSK  





Xəbər lenti