Çindən təxliyə olunanların səhhətində problem yoxdur - Səfirlik

Çindən təxliyə olunanların səhhətində problem yoxdur -  Səfirlik
  02 Fevral 2020    Oxunub:4937
Çin Xalq Respublikasının Uxan şəhərindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarının səhhətində heç bir problem yoxdur.
Azvision.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyindən verilən məlumata görə, 6 vətəndaşımız təxliyə olunub. Qarşılanmada iştirak edən səfir Xəzər İbrahim vətəndaşlarımızla telefon danışığı aparıb. Onların heç birinin sağlıq durumundan şikayəti yoxdur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iradəsinə, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin ruhuna uyğun olaraq, Azərbaycan vətəndaşları Türkiyə vətəndaşları ilə birlikdə fevralın 1-də koronavirusun geniş yayıldığı Uxan şəhərindən təxliyə olunublar. Otuz iki saat sürən təxliyə prosesi insidentsiz başa çatıb.

Azvision.az


Teqlər: Səfirlik  





Xəbər lenti