Qırğızıstan Çinlə sərhədi bağladı, uçuşlar dayandırıldı

  02 Fevral 2020    Oxunub : 1538
 Qırğızıstan Çinlə sərhədi bağladı, uçuşlar dayandırıldı
Qırğızıstan koronavirus təhlükəsi ilə bağlı Çinə təyyarə reyslərini müvəqqəti dayandırıb.
Azvision.az xəbər verir ki, Qırğızıstan hökumətinin qərarına əsasən Çinlə sərhəd bağlanıb. Bununla əlaqədar qərargah yaradılıb.

Qərərgahdan bildirilib ki, indiyədək ölkədə koronavirusa yoluxma halı qeydə alınmayıb və virusun ölkə ərazisinə daxil olmasının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Azvision.az

Teqlər: Qırğızıstan   Çin