Sabah hava küləkli olacaq

   Sabah hava küləkli olacaq
  02 Fevral 2020    Oxunub:2699
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 55-60% olacaq.

Fevralın 3-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz oalcaq, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacaq.

Azvision.az



Teqlər: ETSN   Hava  





Xəbər lenti