Stiven Kinq və Corc Soros “Feysbuk”a qarşı: “Yalanlardan bezmişik”

   Stiven Kinq və Corc Soros “Feysbuk”a qarşı:    “Yalanlardan bezmişik”
  02 Fevral 2020    Oxunub:5826
Məşhur yazıçı Stiven Kinq Feysbukdakı profilini bağladığını elan edib. “Mən feysbukdan gedirəm. Burada reklama qoyulan yalan siyasi məlumatlardan bezdim. Həmçinin, burada şəxsi məlumatlarımın qorunduğuna da əmin deyiləm”,- deyə Kinq Tvitter hesabında yazıb.
Qeyd edək ki, Stiven Kinq – 50-dən çox romanı 350 milyon tirajla satılan dünya şöhrətli yazıçıdır. Onun bir çox əsərləri əsasında blokbasterlər çəkilib.

Məşhur milyarder Corc Soros da həmçinin, Feysbuku çox sərt tənqid edib. O, “The New York Times” qəzetində dərc etdirdiyi məqalədə Mark Zukerberqi feysbuk rəhbərliyindən kənarlaşırmağa çağırıb. Maliyyəçinin sözlərinə görə, sosial şəbəkə elə layihələndirilib ki, “Yalan və təxribat məzmunlu məlumatların mənbəyini gizlətmək mümkün olsun”.

Soros bildirib ki, şəbəkənin rəhbərliyi yalan məlumat yayanları cəzalandırmaq üçün lazım olan qədər iş görmür. Üstəlik, Sorosa görə, Zukerberq ilə Ağ Evin rəhbərliyi arasında gizli anlaşma da mövcuddur.

Bu arada Mark Zukerberq CNN-ə bildirib ki, sosial şəbəkə hətta mənfi reaksiyalarla üzləşsə belə, “fikir azadlığını” dəstəkləməkdə davam edəcək və senzuranın sərtliyini azaldacaq. Belə ki, bundan sonra Feysbukun blokladığı arzuedilməz məzmunlu materialların siyahısı daha da qısaldılacaq.

2019-cu ilin 4-cü rübündə Feysbukun təmiz gəlirləri 7% artaraq, $21 milyard olub. Bu, sosial şəbəkənin bütün tarixi ərzində ən zəif artımdır. Ona görə də şirkətin səhmləri kəskin ucuzlaşıb.

Tariyel
Azvision.az



Teqlər: Feysbuk  





Xəbər lenti