İranda koronavirus təhlükəsi: 1 nəfər nəzarətə götürüldü

  02 Fevral 2020    Oxunub : 1818
 İranda koronavirus təhlükəsi: 1 nəfər nəzarətə götürüldü
İranın İsfahan vilayətində koronavirusa yoluxmaqda şübhəli bilinən bir nəfər nəzarətə götürülüb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsfahan hava limanında çalışan şəxs xəstəxanaya yerləşdirilib. Müayinələrdən sonra onun koronavirusa yoluxub-yoluxmadığı bəlli olacaq.

Azvision.az

Teqlər: İran