Çingiz Qənizadə seçiciləri ilə görüşlərini davam etdirir - Fotolar

  03 Fevral 2020    Oxunub : 1320
Çingiz Qənizadə seçiciləri ilə görüşlərini davam etdirir - Fotolar
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə görüşlərini bazar günü də davam etdirir.
Azvision.az xəbər verir ki, deputatlığa namizəd seçki qərargahında vətəndaşların qəbulunu həyata keçirir. Gün ərzində çoxsaylı vətəndaşları fərdi qaydada qəbul edib.



Müraciət edənlərin böyük əksəriyyəti mülki, inzibati və cinayət xarakterli işlərlə bağlı qarşılaşdıqları çətinliklərdən, eləcə də bu qurumlar tərəfindən müəyyən hüquqlarının pozulmasından danışıblar. Çingiz Qənizadə hər bir iş haqqında onlara ətraflı hüquqi məsləhətlər verib və hüquqi yardımlar göstərib.

O cümlədən deputatlığa namizədə torpaq və suvarma ilə bağlı da vətəndaşlar tərəfindən şikayətlər olub.



Bundan başqa görüş zamanı deputatlığa namizəd vətəndaşların yuxarı instansiyalara etmiş olduqları müraciətlərə aldıqları cavablar, yaxud da o cavablara uyğun olaraq növbəti hansı addımların atılması barədə izahlar verib.

Hər bir görüş zamanı Çingiz Qənizadə seçicilərinə onların Konstitusiya ilə verilmiş hüquqlarının pozulması halları aşkar edildikdə yardım edəcəyinə söz verib. Hər bir işi, ciddi qanun pozuntusu olan işləri də xüsusi nəzarətə götürüb. Seçicilərinə bu məsələlərlə bağlı dəstək olacağını bildirib.





Azvision.az

Teqlər: Namizəd   ÇingizQənizadə