Yaz fəslinin Azərbaycana gəlmə vaxtı dəqiqləşdi

 Yaz fəslinin Azərbaycana gəlmə vaxtı dəqiqləşdi
  03 Fevral 2020    Oxunub:4832
Bu il yaz fəsli Azərbaycana martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Azvision.az -a verilən məlumata görə, həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarım kürəsinə Yaz fəsli daxil olur.

Yay fəsli isə iyunun 21-də saat 01:43:42-də ölkəyə daxil olacaq. Buna həm də yay Günəş duruşu deyilir. Günəş üfüqdən ən hündür nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən kiçik bucaq əmələ gətirir. Belə olan halda günəş şüaları yer səthinə, xüsusilə də şimal yarımkürəsinə yaxşı düşə bilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: AMEA   Fəsil   Yaz  





Xəbər lenti