“Əsgərlərimizin qanı yerdə qalmayacaq” - Türkiyədən qisas vədi

“Əsgərlərimizin qanı yerdə qalmayacaq” -  Türkiyədən qisas vədi
  03 Fevral 2020    Oxunub:2975
Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın ölkənin hərbi qüvvələrinin İdlib əyalətində atəşə tutulmasına münasibət bildirib.
Azvision.az xəbər verir ki, o, “Twitter” səhifəsində türk hərbçilərə hücumu kəskin pisləyib və günahkarların cavab verəcəyini deyib.

"Rejimin açdığı atəş nəticəsində İdlibdə ölən 4 əsgərimizə Allahdan rəhmət, ailələrinə başsağlığı, yaralılara təcili şəfa diləyirəm. İdlib müqaviləsi əleyhinə edilən bu hücuma dərhal reaksiya verilib. Əsgərlərimizin qanı yerdə qalmayacaq, günahkarlar cavab verəcəklər", - deyə Ərdoğanın rəsmi sözçüsü yazıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, İdlibdə dörd türk əsgəri şəhid olub, daha 9 hərbi qulluqçu yaralanıb. Ankara hücumun Əsəd qüvvələri tərəfindən edildiyini açıqlayıb. Rəsmi Dəməşq isə hadisə barədə hələlik açıqlama verməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Şəhid   Suriya  





Xəbər lenti