Türkiyə şəhidlərin qisasını alır - 35 nəfər zərərsizləşdirildi

Türkiyə şəhidlərin qisasını alır -  35 nəfər zərərsizləşdirildi
  03 Fevral 2020    Oxunub:3315
İdlibdə əməliyyatlar davam edir, artıq nöqtəni qoymaq yoxdur.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya yola düşməzdən əvvəl keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, 40-a yaxın nöqtə keçirilən əməliyyatın hədəfləri arasındadır: "Biz səssiz qalmayacağıq, davam edəcəyik. "Fırtına" haubitsaları, F-16-larla müəyyən edilmiş nöqtələrdə əməliyyatlar davam edir. Saat 06.15-dən etibarən 46 rejim hədəfi 122 fırtına və 100 minaatanla atəşə tutulub".

Ərdoğanın sözlərinə görə, qarşı tərəfdən 30-35 nəfər zərərsizləşdirilib.

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, İdlibdə dörd türk əsgəri şəhid olub, daha 9 hərbi qulluqçu yaralanıb. Ankara hücumun Əsəd qüvvələri tərəfindən edildiyini açıqlayıb. Rəsmi Dəməşq isə hadisə barədə hələlik açıqlama verməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan   Şəhid  





Xəbər lenti